Yazılı tərcümə üçün icraçı seçimində nəzərə alınmayan 5 amil və nəticələr

Peşəkar yazılı tərcümə xidməti axtaran şirkətlər əsasən işin qısa müddətdə və mümkün qədər aşağı qiymətə yerinə yetirilməsini istəyirlər. Əslində bu amillər mövcud tərcümə xidmətləri arasından ən yaxşısını seçməyə mane ola bilər.

Xidmət qrafikinə ziyan vurmadan ən yaxşı seçim etmək üçün xüsusi diqqət tələb edən 5 amili və onların nəzərə alınmamasının nəticələrini qeyd etmək istəyirik:
1. Keyfiyyətə nəzarət
Bir çox müştəri yazılı tərcüməçi seçərkən bu tərcüməçinin keyfiyyətin yoxlanması üçün hansı üsullardan istifadə etdiyini (ümumiyyətlə, istifadə edib etmədiyni) əvvəldən yoxlamır.
Nəticə: Tərcümə oxunaqlı və istifadəyə yararlı olmur.
2. İxtisaslaşma
Peşəkar tərcüməçilərin heç də hamısı maliyyə, hüquq, tibb və s. sahələrdə təcrübəyə malik deyillər. Sifarişçilər isə bu vacib faktoru çox vaxt gözdən qaçırır.
Nəticə: Bilməməzlikdən terminlərin və müəyyən sahə spesifikasının təhrif edilməsi nəticəsində sənədin keyfiyyəti aşağı düşür.
3. Hədəf kütləsi
Təşkilatların çoxu bir dildən digər dilə yazılı tərcüməyə ehtiyac olduğunu dərk edir, lakin bu zaman demoqrafiya və sosioqrafiya amillərini nəzərə almır.
Nəticə: Ünsiyyət sərbəst olmalı ikən formallıq hiss olunur və yaxud portuqaliyalı şəxsə ünvanlanan yazılı tərcümə Braziliya portuqalcasında icra edilmiş olur.
4. Tövsiyələr
Hər kəs bilir ki, işə yeni icraçı cəlb edərkən onun əvvəlki müştərilərinin həmin icraçını tövsiyə edib etmədiyi ilə maraqlanmaq lazımdır. Ancaq peşəkar yazılı tərcümə xidməti axtararkən analoji qaydada davranmaq çox vaxt yeni müştərinin ağlına gəlmir.
Nəticə: Seçdiyiniz icraçının sizin sifarişinizi uğurla icra edəcəyinə və yaxud onun keyfiyyət standartlarının (əgər varsa) tələblərinizə uyğun olacağına zəmanət verə biləcək heç kim olmur.
5. Büdcə
Bəzi şirkətlər tərcümə mərkəzi ilə işləməkdənsə maddi cəhətdən daha sərfəli olduğunu düşündükləri üçün fərdi tərcüməçiyə müraciət etməyə üstünlük verir. Lakin bu çox vaxt redaktə və səhifələmə, müştəriyə xidmət, tərcümənin vaxtında icrası və keyfiyyəti ilə bağlı məsələlərdə xeyirdən çox ziyana səbəb olur.
Nəticə: Müştərinin büdcəsinin məhdud olması göstərilən xidmətin potensialını da məhdudlaşdırır.
Son olaraq qeyd edək ki, yazılı tərcümə üzrə göstərilən ən yaxşı xidmət müştərinin layihəsi çərçivəsindəki konkret tapşırıqlara uyğun olan xidmətdir.

Yazılı tərcümə xidməti göstərən icraçını seçərkən bu beş amili nəzərə almaqla siz əlavə pul və vaxt itkisindən sığortalanmış olacaqsınız.
Faydalı oldumu?
Həftədə 1 dəfə çıxan məqalələrə yazılmaq üçün:
Made on
Tilda