Haqqımızda

Əgər bir işin yaxşı görülməsini istəyirsinizsə, onu bu işi bacaranlara həvalə etmək lazımdır.
Əgər sizə vaxtında və keyfiyyətli tərcümə lazımdırsa, gərək peşəkarlara müraciət edəsiniz.
2017-ci ildə yaradılandan bu günədək "İdeya" Tərcümə Mərkəzinin çoxsaylı daimi müştəriləri bir dəfə bizim işin keyfiyyətini və yüksək səviyyəli xidməti qiymətləndirməklə təkrar-təkrar bizə müraciət edir, bizi öz tanışlarına və tərəfdaşlarına məsləhət görür.
Mərkəzimizə müraciət etməklə əmin ola bilərsiniz ki, tərcümə yüksək səviyyədə yerinə yetiriləcək. Bütün tərcümələrimiz peşəkar redaktorlar tərəfindən pulsuz yoxlandığına görə, sizin əlavə korrektə və redaktura xidmətinə ehtiyacınız olmayacaq. Biz tərcümənin keyfiyyətinin yoxlanmasına çox ciddi yanaşırıq və daima texnoloji prosesləri təkmilləşdiririk.
Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq biz bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq.
Tərcümə olunacaq mətnlər üçün terminlər bazası yaradaraq biz bir terminin mətnin içərisində eyni cür tərcümə olunmasını təmin edirik.
"İdeya" Tərcümə Mərkəzində hər müştəriyə individual yanaşılır. Əgər tərcümənin təcili yerinə yetirilməsi lazımdırsa, biz sifarişin ən qısa, sizə uyğun vaxtda yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik.
Missiyamız Azərbaycanda keyfiyyətli və operativ tərcümə xidmətləri göstərmək, öz işimizlə tərcümə sahəsindəki keyfiyyət standartlarını yüksəyə qaldırmaqdır.

Müştəri rəyləri

Qiymət sorğusu