LOKALLAŞDIRMA

Sifariş daxil olduqdan sonra 30 dəqiqə ərzində cavablandırırıq
Lokallaşdırma saytın, kompüter proqramının və ya mobil tətbiqin xarici dilə tərcüməsidir. İnterfeysin tərcüməsindən başqa proqramın xarici istifadəçi üçün daha dərin uyğunlaşdırılması tələb olunur.

Bu zaman biz həm hədəf kütlənin standartlarını (əlifba sıralaması, kağız formatları, qanunvericiliyin xüsusiyyətləri), həm də milli mentaliteti, mətnin, qrafikanın, rəngin qavranma xüsusiyyətlərini nəzərə alırıq.

Bu sahədə olan kifayət qədər böyük təcrübəmizlə sizə də kömək olacağımıza əminik.

Veb-sayt tərcüməsi, proqram təminatının və ya kompüter oyununun tərcüməsi sifarişlərini öz fəaliyyətini başqa ölkələrə genişləndirməyi planlaşdıran şirkətlər verir.

Tərcümə başqa dil mühitinə və ya mədəniyyətinə uyğunlaşdırılmaqla edilir. Nəticədə proqram və ya sayt tərcümə olunmuş dildə problemsiz fəaliyyət göstərməlidir. Potensial müştərilərin və tərəfdaşların proqramdan istifadəsi maksimal dərəcədə rahat olmalıdır. İnterfeys hədəf kütlə üçün aydın başa düşülən olmalıdır.

Məlumatların başqa dillərdə verilməsi başqa ölkələrdən yeni potensial müştərilərin və investorların cəlb edilməsinə yol açacaq. Bunun üçün mövcud məlumatın rus, ingilis, alman, fransız, çin və başqa dillərə dəqiq tərcüməsi lazımdır.


Mürəkkəb tapşırıqların kompleks həlli

Öz onlayn biznesinizin coğrafi əhatəsini genişləndirmək üçün saytınızın tərcüməsini "İdeya" Tərcümə Mərkəzinə etibar edin.

Elektron resursun lokallaşdırılması bir neçə mərhələdən ibarətdir. Mütəxəssislərimiz terminlər bazası yaradır, mətnlər, ismarış şablonları, formalar, menyu və s. tərcümə olunur.
Tərcümənin keyfiyyətini necə təmin edirik?
1
Terminlər bazası yaradılır
2
Terminlərin eyni cür tərcüməsi və saytın strukturunun qorunması təmin edilir
3
Layihəyə cəlb edilmiş bütün mütəxəssislər layihənin terminlər bazasından və köməkçi materiallardan birgə istifadə edir
4
Tərcümə bitdikdən sonra hazır mətn həm tərcümənin düzgünlüyünə, həm də orijinal mətnə uyğunluğuna görə təkrar yoxlanır
Göstərdiyimiz lokallaşdırma xidmətləri
Sayt tərcüməsi
Saytın tərcüməsi onun yeni dil versiyasının yaradılmasıdır. Bu zaman nəinki saytda olan mətn, həm də interfeysin elementləri, linklər və s. tərcümə edilir. Saytların tərcüməsi onların məzmununun hədəf kütlənin milli xüsusiyyətlərinə görə lokallaşdırılmasını nəzərdə tutur.

Saytın tərcüməsi şirkətin üstünlüklərini, təqdim olunan məhsulların xüsusiyyətlərini, istehsal və çatdırılma şərtlərini xarici dildə çatdırmağa imkan verir ki, bu da şirkətin beynəlxalq səviyyədə işləməyə hazır olduğunu bildirir.

Saytın başqa dildə versiyasının olması şirkətin stabilliyinin qarantı, inkişafa yönümlü və ciddi hədəflərinin olduğunun göstəricisidir.
Proqram təminatının lokallaşdırılması
Bu lokallaşdırma növü personal kompüterlər və mobil platformalar üçün proqram təminatının yazılması üzrə ixtisaslaşmış şirkətlərin işinin ayrılmaz hissəsidir.

Proqramın başqa dillərə tərcüməsi nəticəsində geniş istehlakçı kütləsinə çıxmaq mümkündür.

"İdeya" Tərcümə Mərkəzində proqram tərcüməsi yalnız bu sahədə ixtisaslaşmış tərcüməçilərə etibar edilir.
Oyunların lokallaşdırılması və tərcüməsi
Oyunların lokallaşdırılması ən müxtəlif sahələrdə – dilçilikdə, IT, mədəniyyətşünaslıqda, hüquq sahəsində, marketinqdə, tarixçilik üzrə, folklorşünaslıqda, hərb işində, texnika və s. üzrə bilik tələb edən çoxprofilli işdir.

Hələ 70-ci illərdən kompüter oyunları uşaqların və böyüklərin sevimli istirahət növünə çevrilmişdi. Oyun şirkətləri onların bütün dünyada yayılmasını təmin edir. Bu zaman oyunçular üçün maksimum rahat məhsul yaratmağa və satışları artırmağı hədəfləyən şirkətlər adətən oyunu hədəf ölkənin dilinə tərcümə edir.
Qiymət sorğusu
Müştərilərimiz bizi keyfiyyətli işimizə, operativliyimizə və rahat ödəniş üsullarına görə seçirlər.
Tərcümə etmək istədiyiniz faylı bizə göndərin, tərcümə istiqamətini və başqa məlumatları qeyd edin. 30 dəqiqə ərzində sizə tərcümənin qiymətini və təhvil tarixini yazacağıq*.
Orijinal mətn və tərcümə istiqamət(lər)i
Uyğun olanları işarələyin
Sizə uyğun təhvil tarixini qeyd edin
Əgər vacib deyilsə, boş buraxa bilərsiniz
Tərcümə olunacaq faylları yükləyin
Qeyd
Əgər mətniniz yuxarıdakı siyahıda olmayan dilə tərcümə olunmalıdırsa, zəhmət olmasa buraya qeyd edin. Həmçinin əlavə qeydlərinizi və suallarınızı da buraya yaza bilərsiniz.

*Mətn docx-dan fərqli formatlarda olduqda və ya AZ, RU, EN istiqamətlərindən fəqli dilə tərcümə olunmalı olduqda cavab müddəti uzana bilər.
Sualınız var? Bizimlə əlaqə saxlayın:
WhatsApp: +99451 900 19 59
Mobil: ........ +99470 900 19 59
Tel: ............. +99412 408 18 59
Email: ..........[email protected]
Ünvan: ........Svetlana Məmmədova, 203C, Bakı
Made on
Tilda