NOTARİAL TƏSDİQ

Sifariş daxil olduqdan sonra 30 dəqiqə ərzində cavablandırırıq
Xarici dildə yazılar, möhür və ştamplar olan bütün sənədlər dövlət orqanlarına təqdim edilməzdən əvvəl azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilməlidirlər.

"İdeya" Tərcümə Mərkəzi bütün sənədlərin (pasport, doğum haqqında şəhadətnamə, əmək kitabçası, arayış, etibarnamə, diplom və s.) notarial təsdiqli tərcüməsini yerinə yetirir.

Ehtiyac olduqda sənədi kuryerlə sizin ünvanımızdan alıb tərcümə və təsdiq edildikdən sonra ünvanınıza da çatdırırıq.

Sənədlərin tərcüməsinin notarial təsdiqi peşəkar tərcümə ehtiva edən xidmət növüdür. Korporativ sənədlər, şəxsi sənədlər, təlimatlar, müqavilələr, texniki pasportlar – bu cür sənədlərin tərcüməsi yalnız peşəkarların bildiyi müəyyən tələblərə və normativlərə cavab verməlidir.

Tərcüməyə verilən sənədlərin sifarişçi üçün böyük əhəmiyyəti var. Buna görə tərcüməçidən xüsusi diqqət və spesifik terminologiyanı bilməsi tələb olunur. Orijinalla müqayisədə səhvlər və fərqli yazılışlar yolverilməzdir. Əks təqdirdə müştəri sərhədi keçərkən, konsulluğa, təhsil müəssisəsinə və ya başqa təşkilata sənəd verərkən ona imtina ediləcək.
Tərcümələrimizin keyfiyyəti əlavə pulsuz redaktor yoxlaması ilə təmin edilir.
"İdeya" Tərcümə Mərkəzinin mütəxəssisləri hər sifarişə məsuliyyətlə yanaşır, hazır iş isə mütləq redaktorlar tərəfindən yoxlanır. Bu cür yanaşma sayəsində stilistik və orfoqrafik səhvlər, müxtəlif yanlışlıqlar istisna edilir.

Şəxsi sənədlərin tərcüməsi mütəxəssisdən transliterasiya, coğrafi adların və digər xüsusi isimlərin yazılış qaydalarını mükəmməl səviyyədə bilməyi tələb edir. Bu, orijinala tam uyğunluğu təmin etmək üçün lazımdır.

Sənədlərin düzgün tərtibi tərcümənin dəqiqliyi qədər vacibdir və bu amilə xüsusi diqqət yetirmək lazımdır. "İdeya" Tərcümə Mərkəzinin tərcüməçiləri xarici və Azərbaycan sənədləri ilə iş üzrə böyük təcrübəyə malikdirlər, müxtəlif ölkələrin dövlət strukturlarının tələbləri ilə yaxından tanışdırlar. Ona görə də əmin ola bilərsiniz ki, tərcümə olunmuş sənədlər hətta ən ciddi yoxlamadan keçəcək.

Nadir hallarda sifarişçilər sənədləri əvvəlcədən tərcümə etdirir. Ona görə də sənədlərin tərcüməsi və tərcümənin notarial təsdiqi çox qısa zamanda yerinə yetirilməli olur. "İdeya" Tərcümə Mərkəzinə müraciət etdikdə siz operativ xidmət alacaqsınız.
Üstünlüklərimiz:
Tərcümənin dəqiqliyinə və düzgünlüyünə xüsusi diqqət
Rahat ödəniş üsulları
Onlayn, Milliön, E-manat, Expresspay terminalları, Cib.az, Portmanat mobil tətbiqləri və bank köçürməsi yolu ilə
Əlavə pulsuz redaktor yoxlaması
Yüksək sürətli və keyfiyyətli iş
Sənədlərin orijinalının kuryer tərəfindən götürülməsi və çatdırılması
Qiymətin öncədən dəqiq müəyyən edilməsi
Biz zəmanət veririk ki:
1
Məlumat tam və dəqiqliklə tərcümə olunacaq
2
Terminologiyaya dəqiq riayət olunacaq
3
Müəyyən edilmiş stilistika qorunacaq


Tərcümənin sifarişi


Tərcümənin notarial təsdiqi üçün sənədin orijinalını təqdim etmək tələb olunur. Çünki notarius tərcümə olunmuş sənədi təsdiq etmək üçün onun orijinalını yoxlamalıdır. Nəticədə siz tam hüquqi qüvvəyə malik tərcümə olunmuş sənəd əldə edəcəksiniz. Sənədləri bizim ofisimizə özünüz gətirə bilərsiniz, və yaxud biz sənədləri götürmək üçün sizin olduğunuz ünvana kuryer göndərə bilərik. Tərcümə və notarial təsdiqdən sonra da ya özünüz sənədi bizim ofisdən götürə, ya da biz kuryerlə sizin ünvana göndərə bilərik.

Xidmət haqqı sifariş qəbul edilərkən müəyyən edilir, çünki individual amillərdən asılıdır. Əsas olan sənədlərin növü, miqdarı və tərcümə olunacaq dil istiqamətidir, çünki dövlət strukturlarına təqdim etmək üçün bəzən xeyli sayda icazə və arayış tələb olunur.


Adətən tərcümə və notarial təsdiq üçün təqdim olunan sənədlər bir neçə növə bölünür:

Maliyyə-iqtisadi (maliyyə hesabatları, mühasibat sənədləri)

Texniki (təlimatlar, texniki pasportlar, istehsal proseslərinin təsviri)

Bank sənədləri (Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, hesablaşma hesabı üzrə əməliyyatlar).

Tibbi (xəstəlik tarixçiləri, həkim rəyləri).

Hüquqi (icra sənədləri, məhkəmə qətnamələri, arayışlar və s.).

İşgüzar sənədlər (müqavilələr, aktlar, kommersiya təklifləri).

Şəxsi sənədlər (doğum, ölüm, nikah şəhadətnamələri, pasportlar, diplomlar, attestatlar, əmək kitabçaları).
Qiymət işə başlamazdan əvvəl hesablanır və heç vaxt tərcümə bitdikdən sonra dəyişmir. Bunun üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.
Qiymət sorğusu
Müştərilərimiz bizi keyfiyyətli işimizə, xidmət səviyyəmizə, operativliyimizə və rahat ödəniş üsullarına görə seçirlər.

Tərcümə etmək istədiyiniz faylı bizə aşağıdakı forma vasitəsilə və ya [email protected] mail ünvanına göndərin, tərcümə istiqamətini və başqa məlumatları qeyd edin. 30 dəqiqə ərzində sizə tərcümənin qiymətini və təhvil tarixini yazacağıq*.

Tərcümənin icrasına yalnız Sizin təsdiqinizdən sonra başlanacaq.
Orijinal mətn və tərcümə istiqamət(lər)i
Uyğun olanları işarələyin
Sizə uyğun təhvil tarixini qeyd edin
Əgər vacib deyilsə, boş buraxa bilərsiniz
Tərcümə olunacaq faylları yükləyin
Qeyd
Əgər mətniniz yuxarıdakı siyahıda olmayan dilə tərcümə olunmalıdırsa, zəhmət olmasa aşağıda qeyd edin. Həmçinin əlavə qeydlərinizi və suallarınızı da buraya yaza bilərsiniz. *Mətn docx-dan fərqli formatlarda olduqda və ya AZ, RU, EN istiqamətlərindən fərqli dilə tərcümə olunmalı olduqda cavab müddəti 30 dəq-dən çox ola bilər.
Sualınız var? Bizimlə əlaqə saxlayın:
WhatsApp: +99451 900 19 59
Mobil: ........ +99470 900 19 59
Tel: ............. +99412 408 18 59
Email: ..........[email protected]
Ünvan: ........Svetlana Məmmədova küç, 203C, Bakı
Made on
Tilda