Redaktə və korrektura nə ilə fərqlənir?

Bu iki səsləşən anlayış arasındakı fərqlərin nə olduğunu bilmək istəyirsinizmi? Bu terminlər çaşqınlıq yaradır, çünki hər ikisi də mətn üzərində onun təkmilləşdirilməsinə yönəlmiş müəyyən işin görülməsini nəzərdə tutur.

Gəlin onlarla daha yaxından tanış olaq:

İşin həcmi

Korrektor sadə iş görür - qrammatik səhvləri, durğu işarələri və hərf səhvlərini aradan qaldırır, mətnin texniki tərəfinə və cazibədarlığına (sitatların, terminlərin düzgünlüyünə, haşiyələrin mövcudluğuna, cədvəllərin və məzmununa görə digər qrafik materialların uyğunlaşdırılmasına) nəzarət edir. O, nə mənanı, nə də məqalənin üslubunu əhəmiyyətli dərəcədə dəyişməməlidir.

Redaktor daha dərindən işləyir. O, əsərin məzmununu, müəllifin düşüncələri və hisslərini dərk etməlidir. Korrektura ilə müqayisədə mətnin redaktəsi daha uzun vaxt tələb edir. Məsələn, redaktor mürəkkəb cümləni yenidən qurub yaza, cümləni iki yerə bölə, mənası itmədən fikrin verilişini bir az dəyişə bilər.

Redaktorun və korrektorun vəzifələri

Korrektorun öhdəliklərinə aşağıdakılar daxildir:

1) mətnin ifadə dilinin normativ tələblərinə uyğunluğunun yoxlanılması;
2) səhv ixtisarların, işarələrin və mətnin digər xüsusiyyətlərinin düzəldilməsi;
3) mətnin bildiriş komponentlərinin (giriş, cədvəllər və s.) mövcudluğunun yoxlanılması;
4) material dərc olunmamışdan əvvəl son olaraq oxunub düzəldilməsi.
Redaktorun öhdəlikləri:

1) mətndə olan stilistik səhvləri yoxlamaq və aradan qaldırmaq;
2) məlumatların doğruluğunu, terminlərdən istifadənin məqsədəuyğunluğunu yoxlamaq;
3) məzmundakı məntiqi səhvləri aradan qaldırmaq, lazım olduqda onu semantik bloklara, hissələrə və alt hissələrə bölmək;
4) mətnin məlumatlılığını artırmaq, yəni lazımsız söz və ifadələri çıxarmaq, uzunçuluğu istisna etmək;
5) orijinalın mənasına təsir etməyəcək daha dəqiq ifadələri və nitq quruluşlarını seçmək.

İcra ardıcıllığı

Redaktə düzəlişləri korrektura düzəlişlərindən öncə gəlir. Redaktor mətnin bütün çatışmazlıqlarını qeyd edir və aradan qaldırır, səhv və yanlışları düzəldir.

Sonra korrektor mətni oxuyub yoxlayır - mətni redaktorun düzəlişləri ilə tutuşdurur.

Ümumiyyətlə, redaktorun vəzifəsi daha mürəkkəbdir, çünki o, tez-tez "çiy" materiallarla işləməli olur. Ancaq bu, yalnız ilk baxışda belədir: korrektor da mətnə çox diqqət yetirir, xüsusən də yekun oxunub yoxlama mərhələsində.

Adətən redaktor və korrektor bir şəxs olur. Lakin materialların cilalanmasına bu cür yanaşma məqalələrin təmizliyinə və düzgün yazılmasına cavabdeh olan şəxslərin yükünü artırır. İdealda bir mətnin üzərində müəlliflər, redaktorlar və məzmun mütəxəssislərindən ibarət bütöv komanda işləyir. Belə halda, mətn maksimum dərəcədə ideala yaxın alınacaq.

Tələbat sahəsi

Fərqli mətn materiallarını çap və ya elektron formada hazırlayan və dərc edən təşkilatlar korrektorlarsız işləyə bilməzlər. Bunlara nəşriyyatlar, qəzet və jurnal redaksiyaları aiddir.

Əksər hallarda kopiraytinq agentlikləri və studiyalarında həm redaktorun, həm də korrektorun vəzifələrini özündə birləşdirən mütəxəssislər işləyir. Fərdi korrektorların xidmətlərindən adətən əsərlərinin semantik və stilistik tərkibindən əmin olan müəlliflər istifadə edirlər.

Redaktə və korrektura nə üçün lazımdır?

Əgər kitab və ya məqalə yazmısınızsa və onu dərc etməyi planlaşdırırsınızsa, işinizin peşəkarlar tərəfindən yoxlanılması lazımdır. Müxtəlif səbəblərdən insanlar öz səhvlərini görməməyə meyllidirlər, buna görə də hətta savadlı müəlliflər korrektor və redaktorların xidmətlərinə müraciət edirlər.

Mətnlərin yoxlanması veb sayt sahibləri üçün də vacibdir, çünki xoşagəlməz və təsadüfi səhvlər olan məzmun oxucuları çəkindirir və resursun peşəkarlığına şübhə yaradır. Saytınızdakı materiallar kifayət qədər maraqlı ola bilər, ancaq məhz sizin gözünüzə görünməyən səhvlərin olması səbəbindən istədiyiniz effekti verməyə bilər.

Buna görə məqalələri yoxlanması üçün redaktora və yaxud heç olmasa korrektora verməyə dəyər. Belə etməklə siz özünüzü yersiz səhvlərdən sığortalamış olarsınız. Bu, nüfuzunuzun aşağı düşməsinə və hədəf kütlənizin narazılığına dəyməz. İdeya tərcümə mərkəzi tərcümədən sonra pulsuz redaktə təqdim edir.
Faydalı oldumu?
Başqa məqalələr:
Yeni məqalələrə yazılmaq üçün:
Made on
Tilda