Redaktə

Redaktə zamanı terminlərin uyğunluğu yoxlanır və eyniliyi, həmçinin yazının müvafiq üsluba uyğunluğu təmin edilir, mətn çapa və ya təqdimata tam hazır vəziyyətə gətirilir.

Hətta çox maraqlı bir yazı belə dilin qaydalarına uyğun olmadan yazıldıqda öz qiymətini itirir.

Bunu bildiyimizə görə "İdeya" Tərcümə Mərkəzi tərcümələrin redaktəsinə xüsusi əhəmiyyət verir.

"İdeya" Tərcümə Mərkəzində tərcümə prosesinə tək tərcüməçilər yox, redaktorlar da cəlb olunur. Mövzusundan və çətinliyindən asılı olmayaraq hər bir tərcümə olunmuş mətn mütləq redaktor tərəfindən pulsuz yoxlanır. Bu zaman həm texniki səhvlər aradan qaldırılır, həm də tərcümənin orijinal mətnin formatına uyğunluğu, terminologiyaya riayət edilmə təmin edilir. Əgər tərcümənin üzərində bir neçə tərcüməçi işləyibsə, üslub eyniləşdirilir.

Bundan başqa, siz bizim şirkətimizə başqa tərcüməçi tərəfindən olunmuş tərcümənin redaktəsi üçün müraciət edə bilərsiniz.

Həmçinin, "İdeya" Tərcümə Mərkəzi mətnin dil daşıyıcıları tərəfindən stilistik redaktə xidmətini təklif edir. Stilistik redaktə zamanı dil daşıyıcısı redaktor yalnız mətnin stilistikasını, orfoqrafiyasını, punktuasiyasını və qrammatikasını yoxlayır, ancaq mətni orijinalla tutuşdurmur (yəni tərcümənin düzgünlüyünü, terminlərin düzgün istifadə olunmasını yoxlamır).