Lokallaşdırma

Lokallaşdırma saytın, kompüter proqramının və ya mobil tətbiqin xarici dilə tərcüməsidir. İnterfeysin tərcüməsindən başqa proqramın xarici istifadəçi üçün uyğunlaşdırılması da tələb olunur.

Bu zaman biz həm hədəf kütlənin standartlarını (əlifba sıralaması, kağız formatları, qanunvericiliyin xüsusiyyətləri), həm də milli mentaliteti, mətnin, qrafikanın, rəngin qavranma xüsusiyyətlərini nəzərə alırıq.

Bu sahədə olan kifayət qədər böyük təcrübəmizlə sizə də kömək olacağımıza əminik.

Veb-sayt tərcüməsi, proqram təminatının və ya kompüter oyununun tərcüməsi sifarişlərini öz fəaliyyətini başqa ölkələrə genişləndirməyi planlaşdıran şirkətlər verir.

Tərcümə başqa dil mühitinə və ya mədəniyyətinə uyğunlaşdırılmaqla edilir. Nəticədə proqram və ya sayt tərcümə olunmuş dildə problemsiz fəaliyyət göstərməlidir. Potensial müştərilərin və ya tərəfdaşların proqramdan istifadəsi maksimal dərəcədə rahat olmalıdır. İnterfeys hədəf kütlə üçün aydın başa düşülən olmalıdır.

Məlumatların başqa dillərdə verilməsi başqa ölkələrdən yeni potensial müştərilərin və investorların cəlb edilməsinə yol açacaq. Bunun üçün mövcud məlumatın rus, ingilis, alman, fransız, çin və başqa dillərə dəqiq tərcüməsi lazımdır.

Mürəkkəb tapşırıqların kompleks həlli

Öz onlayn biznesinizin coğrafi əhatəsini genişləndirmək üçün saytınızın tərcüməsini "İdeya" Tərcümə Mərkəzinə etibar edin.

Elektron resursun lokallaşdırılması bir neçə mərhələdən ibarətdir. Mütəxəssislərimiz terminlər bazası yaradır, mətnlər, ismarış şablonları, formalar, menyu və s. tərcümə olunur.

Tərcümənin keyfiyyətini necə təmin edirik?

Terminlər bazası yaradılır

Terminlərin eyni cür tərcüməsi və saytın strukturunun qorunması təmin edilir

Layihəyə cəlb edilmiş bütün mütəxəssislər layihənin terminlər bazasından və köməkçi materiallardan birgə istifadə edir

Tərcümə bitdikdən sonra hazır mətn həm tərcümənin düzgünlüyünə, həm də orijinal mətnə uyğunluğuna görə təkrar yoxlanır

Göstərdiyimiz lokallaşdırma xidmətləri

Sayt tərcüməsi

Saytın tərcüməsi onun yeni dil versiyasının yaradılmasıdır. Bu zaman nəinki saytda olan mətn, həm də interfeysin elementləri və s. tərcümə edilir. Saytların tərcüməsi onların məzmununun hədəf kütlənin milli xüsusiyyətlərinə görə lokallaşdırılmasını nəzərdə tutur.

Saytın tərcüməsi şirkətin üstünlüklərini, təqdim olunan məhsulların xüsusiyyətlərini, istehsal və çatdırılma şərtlərini xarici dildə çatdırmağa imkan verir ki, bu da şirkətin beynəlxalq səviyyədə işləməyə hazır olduğunu bildirir.

Saytın başqa dildə versiyasının olması şirkətin stabilliyinin qarantı, inkişafa yönümlü və ciddi hədəflərinin olduğunun göstəricisidir.

Proqram təminatının lokallaşdırılması

Bu lokallaşdırma növü personal kompüterlər və mobil platformalar üçün proqram təminatının yazılması üzrə ixtisaslaşmış şirkətlərin işinin ayrılmaz hissəsidir.

Proqramın başqa dillərə tərcüməsi nəticəsində geniş istehlakçı kütləsinə çıxmaq mümkündür.

"İdeya" Tərcümə Mərkəzində proqram tərcüməsi yalnız bu sahədə ixtisaslaşmış tərcüməçilərə etibar edilir.

Oyunların lokallaşdırılması və tərcüməsi

Oyunların lokallaşdırılması ən müxtəlif sahələrdə – dilçilikdə, IT, mədəniyyətşünaslıqda, hüquq sahəsində, marketinqdə, tarixçilik üzrə, folklorşünaslıqda, hərb işində, texnika və s. üzrə bilik tələb edən çoxprofilli işdir.

Hələ keçən əsrin 70-ci illərindən kompüter oyunları uşaqların və böyüklərin sevimli istirahət növünə çevrilib. Oyun şirkətləri onların bütün dünyada yayılmasını təmin edir. Bu zaman oyunçular üçün maksimum rahat məhsul yaratmağa və satışları artırmağı hədəfləyən şirkətlər adətən oyunu hədəf ölkənin dilinə tərcümə edir.