Notarial təsdiq

Xarici dildə yazılar, möhür və ştamplar olan bütün sənədlər dövlət orqanlarına təqdim edilməzdən əvvəl azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilməlidirlər.

"İdeya" Tərcümə Mərkəzi bütün sənədlərin (pasport, doğum haqqında şəhadətnamə, əmək kitabçası, arayış, etibarnamə, diplom və s.) notarial təsdiqli tərcüməsini yerinə yetirir.

Ehtiyac olduqda sənədi kuryerlə sizin ünvanımızdan alıb tərcümə və təsdiq edildikdən sonra ünvanınıza da çatdırırıq.

Sənədlərin tərcüməsinin notarial təsdiqi peşəkar tərcümə ehtiva edən xidmət növüdür. Korporativ sənədlər, şəxsi sənədlər, təlimatlar, müqavilələr, texniki pasportlar – bu cür sənədlərin tərcüməsi yalnız peşəkarların bildiyi müəyyən tələblərə və normativlərə cavab verməlidir.

Tərcüməyə verilən sənədlərin sifarişçi üçün böyük əhəmiyyəti var. Buna görə tərcüməçidən xüsusi diqqət və spesifik terminologiyanı bilməsi tələb olunur. Orijinalla müqayisədə səhvlər və fərqli yazılışlar yolverilməzdir. Əks təqdirdə müştəri sərhədi keçərkən, konsulluğa, təhsil müəssisəsinə və ya başqa təşkilata sənəd verərkən ona imtina ediləcək.

"İdeya" Tərcümə Mərkəzinin mütəxəssisləri hər sifarişə məsuliyyətlə yanaşır, hazır iş isə mütləq redaktorlar tərəfindən yoxlanır. Bu cür yanaşma sayəsində stilistik və orfoqrafik səhvlər, müxtəlif yanlışlıqlar istisna edilir.

Şəxsi sənədlərin tərcüməsi mütəxəssisdən transliterasiya, coğrafi adların və digər xüsusi isimlərin yazılış qaydalarını mükəmməl səviyyədə bilməyi tələb edir. Bu, orijinala tam uyğunluğu təmin etmək üçün lazımdır.

Sənədlərin düzgün tərtibi tərcümənin dəqiqliyi qədər vacibdir və bu amilə xüsusi diqqət yetirmək lazımdır. "İdeya" Tərcümə Mərkəzinin tərcüməçiləri xarici və Azərbaycan sənədləri ilə iş üzrə böyük təcrübəyə malikdirlər, müxtəlif ölkələrin dövlət strukturlarının tələbləri ilə yaxından tanışdırlar. Ona görə də əmin ola bilərsiniz ki, tərcümə olunmuş sənədlər hətta ən ciddi yoxlamadan keçəcək.

Nadir hallarda sifarişçilər sənədləri əvvəlcədən tərcümə etdirir. Ona görə də sənədlərin tərcüməsi və tərcümənin notarial təsdiqi çox qısa zamanda yerinə yetirilməli olur. "İdeya" Tərcümə Mərkəzinə müraciət etdikdə siz operativ xidmət alacaqsınız.

Üstünlüklərimiz

  • Tərcümənin dəqiqliyinə və düzgünlüyünə xüsusi diqqət
  • Rahat ödəniş üsulları

             Onlayn, Milliön, E-manat, Expresspay terminalları, Cib.az, Portmanat mobil tətbiqləri və bank köçürməsi yolu ilə

  • Əlavə pulsuz redaktor yoxlaması
  • Yüksək sürətli və keyfiyyətli iş
  • Sənədlərin orijinalının kuryer tərəfindən götürülməsi və çatdırılması
  • Qiymətin öncədən dəqiq müəyyən edilməsi

Biz zəmanət veririk:

  1. Məlumat tam və dəqiqliklə tərcümə olunacaq
  2. Terminologiyaya dəqiq riayət olunacaq
  3. Müəyyən edilmiş stilistika qorunacaq

Adətən tərcümə və notarial təsdiq üçün təqdim olunan sənədlər bir neçə növə bölünür:
 
  • Maliyyə-iqtisadi (maliyyə hesabatları, mühasibat sənədləri)
  • Texniki (təlimatlar, texniki pasportlar, istehsal proseslərinin təsviri)
  • Bank sənədləri (Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, hesablaşma hesabı üzrə əməliyyatlar).
  • Tibbi (xəstəlik tarixçiləri, həkim rəyləri).
  • Hüquqi (icra sənədləri, məhkəmə qətnamələri, arayışlar və s.).
  • İşgüzar sənədlər (müqavilələr, aktlar, kommersiya təklifləri).
  • Şəxsi sənədlər (doğum, ölüm, nikah şəhadətnamələri, pasportlar, diplomlar, attestatlar, əmək kitabçaları).