Yazılı tərcümə

"İdeya" Tərcümə Mərkəzinin mütəxəssisləri bütün dillərə, hər mövzuda və çətinlikdə yazılı tərcümələr edir.

Tərcümələrimiz sifarişçiyə təhvil verilməzdən öncə mütləq peşəkar redaktor tərəfindən yoxlanır. Nəticədə tərcümənin dəqiqliyi, orijinala və üslubun tələblərinə uyğunluğu, terminlərin eyniliyi tam təmin edilir.

Nəşr və təqdimatlar üçün nəzərdə tutulmuş tərcümələri isə iki mərhələli yoxlamadan keçiririk: redaktə və korrektə.

Üstünlüklərimiz

Hər dildə və mövzuda tərcümələr edilməsi

Rahat ödəniş üsulları

Onlayn, Milliön, E-manat, Expresspay terminalları, Cib.az, Portmanat mobil tətbiqləri və bank köçürməsi yolu ilə

Tərcümələrin peşəkar redaktorlar tərəfindən yoxlanması

Böyük həcmdə mətnlərin keyfiyyətini itirmədən operativ tərcüməsi

Mətnin istənilən formatda qəbulu

"İdeya" Tərcümə Mərkəzi texniki, elmi, iqtisadi, maliyyə, hüquqi, neft-qaz, İT, marketinq və s. mövzularda yazılı tərcümələr yerinə yetirir. Biz iri həcmli mətnlərin, müqavilələrin, hesabatların, kompüter proqramlarının, veb-saytların və bir çox başqa işlərin vaxtında və keyfiyyətli yazılı tərcüməsini münasib qiymətə yerinə yetiririk.

Tərcüməçilərimiz öz işlərinin peşəkarı olan, çoxillik təcrübəyə malik, öz sahələri üzrə ixtisaslaşmış mütəxəssislərdir.

Tərcümələrimizin yüksək keyfiyyəti həm də əlavə redaktor yoxlaması ilə təmin edilir. Mövzusundan və çətinliyindən asılı olmayaraq hər bir tərcümə olunmuş mətn mütləq redaktor tərəfindən pulsuz yoxlanır. Bu zaman həm texniki səhvlər aradan qaldırılır, həm də tərcümənin orijinal mətnin formatına uyğunluğu, terminologiyaya riayət edilmə təmin edilir. Əgər tərcümənin üzərində bir neçə tərcüməçi işləyibsə, üslub eyniləşdirilir.

İşlədiyimiz əsas tərcümə mövzularımız:

Texniki tərcümə nəzəriyyə və praktikanın təsiri ilə sənət və elm arasında balansın saxlanmasıdır. Demək olar ki, texniki tərcümə yazılı tərcümənin ən çətin növlərindən biridir.

"İdeya" Tərcümə Mərkəzi respublikamızın bir çox aparıcı şirkətləri üçün texniki sənədlərin tərcüməsini həyata keçirir. Tam əminliklə demək olar ki, texniki tərcümə şirkətimizin əsas fəaliyyət istiqamətlərindən biridir.

Hüquqi tərcümə xüsusi terminlərlə və sabit söz birləşmələri ilə zəngindir. Bunlarla tanışlığı olmayan tərcüməçi asanlıqla verilmiş mətni səhv tərcümə edə bilər. Xarici dildə olan hüquqi mətnlər həmin ölkənin hüquq sisteminin xarakterik xüsusiyyətlərini əks etdirir. Tərcüməçi nəinki həmin sistemin əsas müddəalarını bilməli, həm də başqa ölkədə istifadəsi qəbul edilmiş hüquqi ifadələrdən istifadə etməyi bacarmalıdır.

"İdeya" Tərcümə Mərkəzi xarici ölkələrdə qəbul edilmiş iri həcmli məhkəmə qərarlarının, cinayət işlərinin və s. tərcüməsi üzrə böyük təcrübəyə və müvafiq terminlər bazasına malikdir.

Bu növ mətnlərin tərcüməsində xeyli mürəkkəb və spesifik terminlər istifadə olunur. Buna görə də bu cür tərcümə ən çətin tərcümə növlərindən biri hesab edilir. Bu işi qəti olaraq diletanta etibar etmək olmaz.

Sənədlərdə və məqalələrdə aktiv olaraq sabit söz birləşmələrindən, neologizmlərdən, spesifik ifadələrdən, abreviaturalardan və peşəkar terminologiyadan istifadə olunur. Tərcüməçi belə mətnlərin tərcüməsinin xüsusiyyətlərindən və sahədən səthi xəbərdar olduqda, bu, tərcümənin keyfiyyətində özünü göstərir. Nəticədə sövdələşmələr pozula, tərəfdaşlar arasında anlaşılmazlıqlar yarana və biznesdə başqa problemlər yarana bilər.

Maliyyə-iqtisadi sənədlərin tərcüməsi lazımdırsa, düzgün ünvandasınız. "İdeya" Tərcümə Mərkəzinin bu sahə üzrə ixtisaslaşmış tərcüməçiləri və redaktorları sizin yardımçınız olacaq.

Ölkəmizin vətəndaşları bəzən tibbi xidmətlər almaq üçün xarici ölkələrə üz tutur. Bu zaman tibbi sənədlərin tərcüməsinə ehtiyac olur. "İdeya" Tərcümə Mərkəzinə bu cür sənədlərin tərcüməsi üçün müraciət edə bilərsiniz.

Bədii mətnlərin tərcüməsi ilk baxışdan asan görünür, çünki burada spesifik terminlərdən istifadə edilmir, ancaq yalnız tək-tük tərcüməçilər həqiqətən keyfiyyətli bədii tərcümə edə bilirlər. Bədii tərcümə başqa tərcümə növlərindən öz spesifik xüsusiyyətlərinə görə fərqlənir. Elmi, texniki və ya hüquqi tərcümələr zamanı tərcüməçi konkret terminologiya ilə müəyyən çərçivədə işləyir. Ancaq bədii tərcümə edən tərcüməçi həm də öz təxəyyülünü işə salmalıdır, o əsəri quru tərcümə edə bilməz. Bədii əsərin tərcüməsi boş yerə onu yazmaqla eyni səviyyədə tutulmur. Ona görə bədii tərcümə yaradıcı iş hesab edilir, yəni incəsənət sahəsinə aid edilir.

Yazılı tərcümə bu gün ən çox tələbat olan xidmət növlərindən biridir. O, xarici tərəfdaşlarla əməkdaşlıq zamanı, başqa dövlətlərə təqdim etmək üçün sənəd hazırlayarkən, xarici mətbuatda elmi və başqa məqalələrin nəşri zamanı və başqa hallarda lazımdır.

Mətnin mövzusundan asılı olaraq həmin sahə üzrə təhsil almış mütəxəssis işə cəlb olunmalıdır. Məsələn, tibbi mövzuda mətni yalnız müvafiq təhsili olan şəxs keyfiyyətli tərcümə edə bilər. Bu, hüquqi mövzuda olan mətnlərə də aiddir. Çünki mütəxəssis terminləri və xarici qanunvericiliyi yaxşı bilir.

Hər sahənin öz incəlikləri var, ona görə də keyfiyyətli iş almaq üçün bu incəlikləri bilən peşəkarlar komandasına – "İdeya" Tərcümə Mərkəzinə müraciət etmək lazımdır.