Tərcümə xidmətləri

"İdeya" Tərcümə Mərkəzi sifarişləri 24/7 qəbul edir.

Missiyamız Azərbaycanda keyfiyyətli və operativ tərcümə xidmətləri göstərmək, öz işimizlə tərcümə sahəsindəki keyfiyyət standartlarını yüksəyə qaldırmaqdır.
Yazılı tərcümə
Biz istənilən dildən istənilən dilə, hər mövzuda və çətinlikdə yazılı tərcümələr edirik.

Tərcümələrimiz sifarişçiyə təhvil verilməzdən öncə mütləq peşəkar redaktor tərəfindən yoxlanır. Nəticədə tərcümənin dəqiqliyi, orijinala və üslubun tələblərinə uyğunluğu, terminlərin eyniliyi tam təmin edilir.

Nəşr və təqdimatlar üçün nəzərdə tutulmuş tərcümələr isə iki mərhələli yoxlamadan keçiririk: redaktə və korrektə
Şifahi ardıcıl tərcümə
Ən geniş yayılmış şifahi tərcümə növü ardıcıl tərcümədir, bu zaman danışan şəxs dediklərinin tərcümə edilməsi üçün danışığında fasilələr edir.

Ardıcıl tərcümədən işgüzar görüşlərdə və seminarlarda, xarici mühəndislərin iştirakı ilə istehsal prosesinin işə salınması zamanı, xarici qonaqlar üçün ekskursiyalar vaxtı istifadə edilir.

Peşəkar tərcüməçilərimiz istənilən çətinlikdə şifahi tərcümələri yerinə yetirir.
Sinxron tərcümə
Sinxron tərcümə böyük tədbirlərdə lazımdır – bu zaman tərcüməçi natiqlə eyni vaxtda danışır.
Danışıqda fasilələr olmadığı üçün auditoriyanın diqqəti natiqdə cəmləşir, çıxışa az vaxt ayrılır və tədbirə çəkilən xərclərə qənaət edilir.

Tərcüməçilər xüsusi kabinələrdə işləyirlər. Tədbir iştirakçıları onların etdiyi tərcüməni xüsusi qulaqlıqlardan eşidirlər.

Şifahi tərcümənin bu ən çətin növünü rahatlıqla bizim mütəxəssislərimizə etibar edə bilərsiniz.
Lokallaşdırma
Lokallaşdırma saytın, kompüter proqramının və ya mobil tətbiqin xarici dilə tərcüməsidir. İnterfeysin tərcüməsindən başqa proqramın xarici istifadəçi üçün daha dərin uyğunlaşdırılması tələb olunur.

Bu zaman biz həm hədəf kütlənin standartlarını (əlifba sıralaması, kağız formatları, qanunvericiliyin xüsusiyyətləri), həm də milli mentaliteti, mətnin, qrafikanın, rəngin qavranma xüsusiyyətlərini nəzərə alırıq.


Redaktə
Redaktə zamanı terminlərin uyğunluğu yoxlanır və eyniliyi, həmçinin yazının müvafiq üsluba uyğunluğu təmin edilir, mətn çapa və ya təqdimata tam hazır vəziyyətə gətirilir.

Hətta çox maraqlı bir yazı belə dilin qaydalarına uyğun olmadan yazıldıqda öz qiymətini itirir.

Bunu bildiyimizə görə İdeya tərcümələrin redaktəsinə prioritet əhəmiyyət verir.
Notarial təsdiq
Xarici dillərdə yazılar, möhür və ştamplar olan bütün sənədlər dövlət orqanlarına təqdim edilməzdən əvvəl azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilməlidirlər.

Biz bütün sənədlərin (pasport, doğum haqqında şəhadətnamə, əmək kitabçası, arayış, etibarnamə, diplom və s.) notarial təsdiqli tərcüməsini yerinə yetiririk. Ehtiyac olduqda sənədi kuryerlə sizin ünvanımızdan alıb tərcümə və təsdiq edildikdən sonra ünvanınıza da çatdırırıq.
Bələdçilik
Peşəkar bələdçi-tərcüməçilərimiz xarici qonaqlarınız üçün ekskursiyalar keçə bilərlər.

Siz şəhərimiz və ətrafı üzrə hazır marşrutlardan birini seçə və ya öz müəssisənizdə ekskursiya təşkil edə bilərsiniz.
İstehsalatda tərcümə
Yeni xarici avadanlıq quraşdırırsınız və ya istehsal xətti işə salırsınız?

İdeya bütün istehsal sahələri üçün tərcüməçilər təqdim edir. Bizim tərcüməçilər həm lazımi texniki terminologiyanı bilir, həm də beton zavodlarından tutmuş neft platformalarına qədər ən müxtəlif sahələrdə iş təcrübəsinə malikdirlər.

Bizi seçsəniz peşman olmayacaqsınız. Çünki İdeya ilə tərcümə rahatlıqdır.
Qiymət sorğusu
Müştərilərimiz bizi keyfiyyətli işimizə, operativliyimizə və rahat ödəniş üsullarına görə seçirlər.
Tərcümə etmək istədiyiniz faylı bizə göndərin, tərcümə istiqamətini və başqa məlumatları qeyd edin. Ən qısa zamanda sizə tərcümənin qiymətini və təhvil tarixini yazacağıq.
WhatsApp: +99451 900 19 59
Mobil: ........ +99470 900 19 59
Tel: ............. +99412 408 18 59
Email: [email protected]
Orijinal mətn və tərcümə istiqamət(lər)i
Uyğun olanları işarələyin
Sizə uyğun təhvil tarixini qeyd edin
Əgər vacib deyilsə, boş buraxa bilərsiniz
Tərcümə olunacaq faylları yükləyin
Qeyd
Əgər mətniniz yuxarıdakı siyahıda olmayan dilə tərcümə olunmalıdırsa, zəhmət olmasa buraya qeyd edin. Həmçinin əlavə qeydlərinizi və suallarınızı da buraya yaza bilərsiniz.
Made on
Tilda