Tərcüməçi-frilanser üçün daimi sifarişlər almağın ən sərfəli yolu hansıdır?

Tərcüməçi-frilanser üçün ən əsas məsələ sifariş tapa bilmək bacarığıdır. Frilanser olmaq eynən biznes sahibi olmaq kimidir. Fikrinizi ən yaxşı bacardığınız işə toplamaq istəsəniz belə, yenə da vaxtınızı marketinq və biznesinizin idarə olunmasına sərf etməli olacaqsınız. Özünüzə müntəzəm iş yükü və davamlı gəlir təmin etmək üçün yeni sifarişlər tapmaq, eyni zamanda da mövcud müştəriləri qoruyub saxlamaq lazımdır.

Frilanser üçün daima tərcümə işi almağın ən sərfəli yolu tərcümə mərkəzi ilə işləməkdir.

Tərcümə mərkəzləri ilə işləyərkən frilanser tərcüməçi sifariş axtarmaq yükündən azad olur, çünki yaxşı mütəxəssisi tərcümə mərkəzi stabil olaraq sifarişlərlə təmin edir. Tərcümə mərkəzi işin reklam, marketinq, inzibati və s. tərəflərini öz üzərinə götürür, tərcüməçiyə yalnız verilən işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək qalır.

Tərcümə mərkəzi ilə işləməyin üstünlükləri

Əgər yaxşı tərcüməçisinizsə, sizin üçün maraqlı və aktual olan davamlı sifarişlər alacaqsınız. Çox sayda layihələriniz olacaq, buna görə də heç vaxt darıxmayacaqsınız, üstəlik öz peşəniz üzrə dəyərli təcrübə qazanacaqsınız.

Tərcümə mərkəzləri ən yaxşı frilanserlərini adətən aktiv şəkildə dəstəkləyir, çünki şirkətin uğurlu inkişafı ücün tərcüməçilərin məmnun qalması vacibdir. Frilanserlərinin işini asanlaşdırmaq üçün yaxşı şirkətin etibarlı sistemi olur, üstəlik, frilanserləri işlə təmin edib, onlara dəstək olmaq üçün əllərindən gələni edirlər.

İstənilən frilanserin çevik iş rejimi ilə işləmək imkanı olur. Bir qayda olaraq, evinizdə və günün istənilən saatında işləyə bilirsiniz, ona görə də qalan işlərinizə də vaxt ayıra bilirsiniz.

Bəs tərcümə mərkəzi ilə işləmək üçün tərcüməçi-frilanserdən nə tələb olunur?

İlk növbədə işiniz nöqsansız olmalıdır; əks halda tərcümə mərkəzi gələcək layihələrini sizə verməkdə tərəddüd edə bilər. Bundan başqa sürətlə işləməlisiniz, işi vaxtında çatdırmalısınız, elektron ünvanınız və telefonunuz daim açıq olmalıdır.

Hansı mövzularla və dil istiqamətləri ilə işləməyi yaxşı bacardığınızı dəqiqləşdirin ki, tərcümə mərkəzi sizi bacarıq və qabiliyyətlərinizə uyğun olan layihələrə təyin etsin. Düzgünlük sizə heç vaxt problem yaratmaz, əksinə, məsuliyyətli və bacarıqlı tərcüməçi kimi tanınmanıza kömək edər.

Fərdi bacarıqlar sırasında iş vaxtının planlaşdırılması və təşkili də çox vacib yer tutur. İnsanlarla effektli qarşılıqlı iş qurmağı da bacarmalısıniz, əslində bu cür iş üçün bu təbii tələbdir.

Bu bacarıqlar sizə frilans və tərcümə dünyasında özünüzü təsdiq etməyə kömək edəcəkdir.
Faydalı oldumu?
Həftədə 1 dəfə çıxan məqalələrə yazılmaq üçün:
Başqa məqalələr:
Made on
Tilda